LENTİK EKOSİSTEMLƏR

Bura göllər, nohurlar, su anbarları yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaqul üzrə üç zona ayırmaq olar: epilimneon – suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər; termoklin (temperatur sıçrayışı olan lay) – aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır; hipolimnenon – soyuq su sahəsi, burada sirkulyasiya getmir. Termoklin adətən işıq düşən sərhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda-durğunluq dövrü başlayır. Payızda-temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda-buzun altında suyun temperaturu +40C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 40C-yə çatır, o, ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçündür. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə-qışda, tropikada isə daim və qeyri müntəzəm olur. Məhsuldarlığına görə göllər iki qrupa bölünür: 1) Oliqotrof (biogen maddələr və plankton az olan) 2) evtrof (biogen maddələrlə zəngin) göllər. Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha məhsuldar olur.
LEMNOBİOS
LETAL TEMPERATUR, öldürücü TEMPERATUR
OBASTAN VİKİ
Lentik ekosistem
Lentik ekosistem- bura göllər, nohurlar, su anbarları, yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. == Xarakteristika == Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaquli üzrə üç zona ayırmaq olar: Epilimneon-suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər Termoklin (temperatur sıçrayışı olan lay)- aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır Hipolimnenon- soyuq su sahəsi, burada sirkulyasiya getmir Termoklin, adətən, işıq düşən sarhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda durğunluq dövrü başlayır. Payızda temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda buzun altında suyun temperaturu +4 °C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 4 °C-yə çatır, o ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçün xarakterikdir. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə qışda, tropikdə isə daim və qeyri-müntəzəm olur. Məhsuldarlığına görə göllər iki qrupa bölünür: Oliqotrof (biogen maddələr və plankton az olan) Evtrof (biogen maddələrlə zəngin) Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır.
Şirinsulu ekosistemlər
Şirinsulu ekosistemlər- şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və su anbarı yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər. Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: Şirin sular praktiki olaraq məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; Şirinsulu ekosistemlər tullantıları yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; Suyun nadir termodinamik xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir. Qeyd edildiyi kimi su mühitinin limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab olunur. Suda yaşayan heyvanların əksəriyyəti stenoterm sayılır, ona görə də mühitin az da olsa, istilik çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30–40 metrə çata bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və duzların miqdarına təsir göstərir.